...

Gənc Tamaşaçılar Teatrının aktyoru "Belarusfilm"ə dəvət alıb (FOTO)

Mədəniyyət Materials 21 İyul 2017 12:27 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”ə dəvət alıb.
Gənc Tamaşaçılar Teatrının aktyoru "Belarusfilm"ə dəvət alıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru “Belarusfilm”ə dəvət alıb.

Bu barəd Trend-ə Teatrın mətbuat xidmətindən məlumat verilib.

Xarici və MDB ölkələrinin teatrları ilə sıx əməkdaşlıq edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bu dəfə dost ölkədən film təklifi gəlib. Teatrın aktyoru, Kalmıkiyanın Əməkdar artisti İlham Əsədov “Belarusfilm”dən dəvət alıb. Azərbaycanlı aktyor kriminal janrda lentə alınacaq filmdə həbsxana nəzarətçisi obrazını yaradacaq. Aktyor yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də diqqətə çatdırıb ki, bu ilin avqustun 5-də çəkilişləri başlanacaq bədii filmin 2018-ci ilin may ayında ekranlara çıxarılması planlaşdırılır.

Aktyor iki il bundan əvvəl filmlə bağlı elan edilən kastinq nəticəsində yaradıcı heyət tərəfindən bəyənilərək çəkiliş üçün dəvət alıb.

Qeyd edək ki, İ.Əsədov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino” aktyorluğu fakültəsini bitirib. 2003-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-cı ildə Kalmıkiyanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti