...

Niyazinin ev muzeyində “Acıq qapı” günü olacaq

Mədəniyyət Materials 18 Avqust 2017 20:07 (UTC +04:00)
Maestro Niyazinin 105 yaşı tamam olur.
Niyazinin ev muzeyində “Acıq qapı” günü olacaq

Bakı. Trend:

Avqustun 20-də görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı Maestro Niyazinin 105 yaşı tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin mənzil muzeyində avqustun 20-də “Acıq qapı” günü olacaq.

Həmin gün səhər saatlarında muzeyin əməkdaşları Fəxri xiyabanda Maestronun məzarını və yeni inşa olunmuş abidəsini ziyarət edəcəklər.

Gün ərzində muzeydə Niyazinin musiqisi səslənəcək, maestronun həyat və yaradıcılıq yolunu əks etdirən sənədli videokadrlar, filmlər nümayiş olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti