Bakı. Trend:
Sentyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Orqan musiqisinə həsr olunmuş konsert keçiriləcək.
Trend-in məlumatına görə, solist – Quliyeva Natəvan, Fəridə Məmmədova (soprano), Nicat Salmanov (Fleyta) çıxış edəcəklər.
Proqramda İ.S.Bax, Q.F.Hendel, D.Bukstexude, Y.A.Reybken, Y.Röybke kimi bəstəkarların əsərləri səslənəcək.