...

Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" konserti keçiriləcək

Mədəniyyət Materials 10 Oktyabr 2017 12:50 (UTC +04:00)
Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək.
Heydər Əliyev Sarayında "Muğam və Mənəviyyat" konserti keçiriləcək

Bakı. Trend:

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və Mənəviyyat” adlı konsert keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, “Rast dəstgahı” muğamının səsləndiriləcəyi gecədə Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov iştirak edəcəklər.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri "Könül" ansamblı müşayiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti