...

Heydər Əliyev Sarayında "Keloğlan Masalları Müzikali-2" təqdim ediləcək

Mədəniyyət Materials 18 Oktyabr 2017 21:17 (UTC +04:00)
Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə "Keloğlan Masalları Müzikali-2"nin “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayında "Keloğlan Masalları Müzikali-2"  təqdim ediləcək

Bakı. Trend:

Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə "Keloğlan Masalları Müzikali-2"nin “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşası təqdim olunacaq.

Trend-in məlumatına görə, türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan "Keloğlan Masalları Müzikali"nin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək.

"Keloğlan Masalları Müzikali-2" tamaşasında uşaqları növbəti həyacanlandırıcı və əyləncəli tamaşa gözləyir.

Huysuz və Uzun kəndliləri meydana toplayaraq hamının gözünün qarşısında günəşin işığını söndürürlər. Bunu görən Keloğlan və dostları Huysuzun sehirli güclərə sahib olmasının başlarına böyük bəla gətirəcəyini düşünürlər. Bununlada, Keloğlan Bilgecan Dedeyə baş verənləri izah edir və həyacanverici məcara başlayır. Ancaq Huysuz və Uzun çoxdan başqa bir planetə gedib və üstəlik dünyanın ən dəyərli kitabını özləri ilə aparıblar. Görəsən qəhrəmanlarımız baş verən hadisələrin sirrini tapa biləcəklərmi?

Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik.

Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 6 manatdan başlayır.

Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti