...

Molla Pənah Vaqifə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2017 20:49
Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib.
Molla Pənah Vaqifə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şair Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə Məmmədova, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun fəlsəfə doktoru, dosent Mərziyə Nəcəfova, C.Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova, MKS direktorları və başqaları iştirak ediblər.

Molla Pənah Vaqifin həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.

Müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fəxri Fərman və hədiyyələri ilə mükafatlandırılıb.

Həmçinin, şeir müsabiqəsində münsiflər heyətinin ümumi qərarına əsasən qalib seçilən 4 məktəbli oxucu eynidərəcəli diplomlarla təltif olunublar.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib və müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti