...

"Ümid" tamaşasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2017 19:10
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası baş tutub.
"Ümid" tamaşasının premyerası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası baş tutub.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Bakı şəhər mədəniyyət müəssisələrinin rəhbərləri və başqaları iştirak ediblər.

Tamaşada II Dünya Müharibəsi zamanı Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinin atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

Tamaşanın rejissoru xalq artisti Bəxtiyar Xanızadə, rolların ifaçıları isə əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoydur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti