...

Uşaqlarda kitaba və mütaliəyə maraq təbliğ edilir (FOTO)

Mədəniyyət Materials 12 Dekabr 2017 20:26 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.
Uşaqlarda kitaba və mütaliəyə maraq təbliğ edilir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında keçirilən bu görüş uşaqlarda kiçik yaşdan kitaba və mütaliəyə marağın artırılması məqsədini daşıyır.

Tədbiri giriş sözü ilə Xəzər rayon MKS-in direktoru Elmara Məcidova açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova çıxış edərək uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu sahədə uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb.

Tədbirdə Gülzar nənə uşaqlara öz şeirlərini səsləndirib, bağça və məktəbli uşaqların fəal iştirakı ilə maraqlı interaktiv, əyləncəli oyunlar keçirib. Balacalar “Turp” nağılını səhnələşdirib, “Odlar yurdu” rəqs ansamblının kiçik üzvlərinin ifaları tədbiri daha da rəngarəng edib.Sonda uşaqlara onlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülzar İbrahimovanın çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. O, istedadlı bir nasir kimi, uşaq ədəbiyyatı aləmində “Gülzar nənə” təxəllüsü ilə tanınır. “Sehrli dünya” jurnalının baş redaktorudur, 50-yə yaxın uşaq kitabının müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti