...

Gənc pianoçularımız Beynəlxalq müsabiqədə uğur qazanıblar (FOTO)

Mədəniyyət Materials 18 Dekabr 2017 21:01 (UTC +04:00)
Musiqi məktəbinin şagirdləri pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində uğur qazanıblar
Gənc pianoçularımız Beynəlxalq müsabiqədə uğur qazanıblar (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Avstriyanın Vyana şəhərində keçirilən pianoçuların II Beynəlxalq “Edelwiess” müsabiqəsində iştirak ediblər.

Trend-in məlumatına görə, müsabiqədə fortepiano ixtisası üzrə IV sinif şagirdi Ləman Seyidova (əməkdar müəllim Kamilla Əmirova) İ.S.Bax “İki səsli invensiya”, F.Şopen “Polonez” və P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Mart” əsərlərini və fortepiano ixtisası üzrə IX sinif şagirdi Fidan Əmişova (professor Siala Sinamdzqvarişvili) L.V. Bethoven “Sonata №1” (fa minor) I hissə, F. Şopen “Etud №9” (fa monor), F. Şopen “Noktyurn” (mi minor) əsərlərini məharətlə ifa ediblər.

8 ölkədən 50 nəfərdən artıq iştirakçının qatıldığı bu müsabiqədə ölkəmizi təmsil edən Ləman münsiflər heyətinin qərarı ilə ən yüksək mükafata “Qran - Pri”yə, Fidan isə II dərəcəli diplom layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti