...

Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa keçirilib (FOTO)

Mədəniyyət Materials 25 Dekabr 2017 20:54 (UTC +04:00)
Xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.
Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində professional vokal sənətinin görkəmli nümayəndələrindən olan, ilk qadın opera müğənnisi, ictimai xadim, xalq artisti Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş konsert-tamaşa təqdim edilib.

Trend-in məlumatına görə, tədbirdə Şövkət Məmmədovanın səs yazısı səsləndirilib, ekranda onun həyat və yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirin aparıcısı qonaqları salamlayaraq, xalq artisti haqqında ətraflı məlumat verib. Bildirib ki, Şövkət Məmmədova 1897-1981-ci illərdə yaşamış Azərbaycan qadın müğənnisi-lirik koloratur soprano səsli, Azərbaycan ifaçılıq sənətinin tarixi simalarından olub.

Tədbirdə məktəbin şagirdləri Ş.Məmmədovanın həyatını əks etdirən səhnələrlə çıxış ediblər. Proqramda C.Hacıyevin “Zarafat”, A.Laranın “Qranada”, O.Kazımovun “Xəyal”, L.Dallanının “Karuso”, A.Zeynallının “Ölkəm” və s. kimi əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti