...

"Məşhurlarla görüş" layihəsində növbəti qonaq

Mədəniyyət Materials 26 Yanvar 2018 02:30 (UTC +04:00)
"Məşhurlarla görüş" layihəsinin budəfəki qonağı Rəşad Məcid olacaq.
"Məşhurlarla görüş" layihəsində növbəti qonaq

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə "Məşhurlarla görüş" layihəsinin budəfəki qonağı yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid olacaq.

Trend-in məlumatına görə, görüş 26 yanvar saat 12:00-da Səbail rayon MKS-nin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanası) baş tutacaq.

Xatırladaq ki, artıq ənənə halını almış “Məşhurlarla görüş”lərdə Musa Yaqub, Məhərrəm Qasımlı, Vahid Əziz, Ağaəli İbrahimov kimi bir çox tanınmış simalarla maraqlı tədbirlər keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti