...

Rəşad Məcid "Məşhurlarla görüş" layihəsinin qonağı olub (FOTO)

Mədəniyyət Materials 26 Yanvar 2018 22:13 (UTC +04:00)
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ilə görüş keçirilib.
Rəşad Məcid "Məşhurlarla görüş" layihəsinin qonağı olub (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında "Məşhurlarla görüş" layihəsi çərcivəsində yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə professor, şair Şahin Fazil, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aynurə və Elnurə İsgəndərovalar, Baş İdarənin əməkdaşları, Bakı şəhər kitabxana direktorları, fəal oxucular və media nümayəndələri iştirak ediblər.

İlk olaraq filialın müdiri Gülşən Abbasova qonaqları salamlayaraq, tanınmış jurnalist haqqında geniş məlumat verib. Bildirilib ki, Rəşad Məcid ictimai xadim, jurnalist fəliyyəti ilə yanaşı yazıçı kimidə tanınır. O, "Hələ ki vaxt var", "10 sentyabr", “Dəlicəsinə”, “Çiyələk qadın”, "Bir də gəlməyəcək...", "Cığıraçan" kimi bir çox kitabların müəllifidir. Həmçinin, onun bir çox şerlərinə musiqilər bəstələnib, mahnılar ifa olunub.

Tədbir zamanı kitabxana oxucularının ifasında müəllifin şerləri səsləndirilib. Sonda Rəşad Məcid şerilərini ifa edib və kitabxananın “Xatirə kitabı”na öz ürək sözlərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti