...

Uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Mədəniyyət Materials 24 Fevral 2018 00:39 (UTC +04:00)
Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.
Uşaqların ifasında “Xocalı” tamaşası təqdim olunacaq

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral saat 15:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.

Trend-in məlumatına görə, tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr – studiyası tərəfindən hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi, studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti