...

Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Mart 2018 20:47 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib.
Beynəlxalq Qadınlar gününə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət evində 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdə Baş İdarənin əməkdaşları, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər.

İlk öncə konsertin aparıcısı Humay Muxtarova 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib.

Konsertdə tanınmış müğənni Rahidə Baxışova öz repertuarından ən çox sevilən mahnıları ilə tamaşaçıların könüllərini oxşayıb.

Həmçinin konsertdə əməkdar artist Səlim Abbasov, Qala qrupu və Kənan Qədimov da çıxış ediblər. Konsert yüksək əhval ruhiyyə ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti