...

“Doğma Bulvarda” - “Bahar Nağılı”! (FOTO)

Mədəniyyət Materials 22 Mart 2018 15:47 (UTC +04:00)
“Doğma Bulvarımız” bütün bayram həftəsi ərəfəsində uşaqlar və valideyinlər üçün unudulmaz Bahar Nağılı təşkil edəcək.
“Doğma Bulvarda”  -  “Bahar Nağılı”! (FOTO)

Bakı. Trend:

Bakı Dənizkanarı Park - Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı - “Doğma Bulvarımız” adı altında bütün bayram həftəsi ərəfəsində uşaqlar və valideyinlər üçün unudulmaz Bahar Nağılı təşkil edəcək.

Trend-in məlumatına görə, hər gün 21 martdan 26-na kimi saat 15:00-dan 18:00-dək uşaqları müxtəlif çizgi film qəhrəmanları gözləyəçək. Onlardan Uşaq və Karlson, Maşa və Ayı öz sərgüzəştləri ilə, Cırtdan və Bahar qızı uşaqlarla əl-ələ tutub rəqs edərək onlara yaz hədiyyə edəcəklər, ölkənin ən yaxşı animatorları Karib Dənizinin Quldurları kostymlarında uşaqlarla əyləncəli oyunlar keçirəcəklər.

Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə yeni il bayramını Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançasında unudulmaz edəcəklər!

Əziz dostlar, bizim Köhnə-Yeni Doğma Bulvara xoş gəlmisiniz!

İnformasiya dəstəyi Trend.az, Milli.az, Day.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti