...

Akademik Milli Dram Teatrında yeni premyera olacaq

Mədəniyyət Materials 26 Mart 2018 17:14 (UTC +04:00)
Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.
Akademik Milli Dram Teatrında yeni premyera olacaq

Bakı. Trend:

Martın 27-də, saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat katibi Cavid Zeynallının Trend-ə verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.

Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur. Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti