...

Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Mart 2018 00:16 (UTC +04:00)
Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert təqdim olunub
Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə Baş İdarənin rəisi Vüqar Zeynalov, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında Q.Qarayev “Vals”, İ.Qedjadze “Lastoçka”, V.Kerman “Palçı Rudi”, Kalinkoviç “Tarantella”, T.Şaverzaşvili “Noktürn”, İ.S.Bax “Prelüdiya və qavot” və Mendez “Habanera” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti