...

Üçüncü Buktreyler Festivalına şirkətlərdən dəstək

Mədəniyyət Materials 31 Mart 2018 00:38 (UTC +04:00)
Bakıda keçiriləcək Üçüncü Buktreyler Festivalına şirkətlərdən dəstək gəlib.
Üçüncü Buktreyler Festivalına şirkətlərdən dəstək

Bakı. Trend:

Bakıda keçiriləcək Üçüncü Buktreyler Festivalına şirkətlərdən dəstək gəlib.

Bu barədə Trend-ə kinoaktyor, prodüser Ruslan Sabirli məlumat verib:

“Azərbaycanda artıq üçüncü dəfə keçirilən Buktreyler Festivalına daha iki qurumdan dəstək gədi. Bunlar Azərbaycanın ən iri mobil operatoru Azercell və kitab mağazaları şəbəkəsi olan Libraff şirkətləridir. Beləliklə, III Buktreyler Festivalı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Azercell və Libraff –ın tərəfdaşlığı ilə keçiriləcək.”

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Bundan əlavə olaraq qaliblərə həmçinin Azercell şirkətindən Bookmate tətbiqinə abunə, Libraff şirkətindən isə kitab hədiyyə ediləcək.

Son müraciət tarixi: 8 Aprel, 2018

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti