...

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Aprel 2018 20:49 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsertdə iştirak edən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbin fəaliyyətindən söz açaraq keçirilən bütün tədbirlərdə fəal iştirakını qeyd edib. Sonra V.Zeynalov məktəbin şagirdlərini Fəxri Fərmanlarla təltif edərək kollektivə gələcək fəalliyətində uğurlar arzulayıb.

Məktəbin şagirdlərinin ifasında Q.Qarayevin “Prelüd”, T.Quliyevin “Sevgi valsı”, Pikə Axundovanın “Qəlbimin səsi”, F.Şopenin “14saylı Etüd”, Dvorjakın “Melodiya”, Kurtisin “Torna a Sorrento”, Miroşnikovun “Rəqs”, Montinin “Çardaş” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda xor kollektivi Arzu Abbasovanın “Bayraq” və M.Maqomayevin “Azərbaycan” əsərlərini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti