...

Ədəbiyyat Muzeyində “Açıq qapı” günü təşkil olunacaq

Mədəniyyət Materials 15 May 2018 19:46 (UTC +04:00)
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü təşkil olunacaq.
Ədəbiyyat Muzeyində “Açıq qapı” günü təşkil olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü təşkil olunacaq.

Muzeydən Trend-ə verilən məlumata görə, “Açıq qapı” gününün təşkilində məqsəd muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara insanların pulsuz tamaşa etmək imkanının yaradılmasıdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Muzey saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti