...

Lənkəran teatrında “Cəza” monotamaşası nümayiş olunacaq (FOTO)

Mədəniyyət Materials 14 May 2018 23:06 (UTC +04:00)
Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəran şəhərinə yola düşüb.
Lənkəran teatrında “Cəza” monotamaşası nümayiş olunacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” monotamaşasını Lənkəran teatrsevələrinə təqdim etmək üçün teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə Lənkəran şəhərinə yola düşüb.

Trend-in məlumatına görə, səfər Azərbaycanın milli peşəkar teatrının yaradılmasının 145, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində həyata keçirilir.

Mayın 15-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq təkadamlıq psixoloji monotamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçı Əməkdar artist Kəmalə Hüseynova, tryukların quruluşu İsa Əsədov, işıq üzrə rəssam Vadim Kuskov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rejissor assistenti Günay Qasımovadır.

“Cəza” monotamaşası indiyədək Başqırdıstanda keçirilmiş VII “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında, BƏƏ-nin Əl-Füceyra şəhərində IV Monotamşalar Festivalında və Hindistanın Dehli və Kəlküttə şəhərlərində keçirilən Beynəlxalq Teatr Olimpiadasında ölkəmizi yüksək səviyyədə təmsil edərək bir sıra beynəlxalq diplom və mükafatlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti