...

Azərbaycan Belarusda 12-ci "Milli Mədəniyyətlər" festivalında təmsil olunub (FOTO)

Mədəniyyət Materials 4 İyun 2018 13:57 (UTC +04:00)
Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib.
Azərbaycan Belarusda 12-ci "Milli Mədəniyyətlər" festivalında təmsil olunub (FOTO)

Bakı. Trend:

Belarusun Qrodno şəhərində 12-ci "Milli Mədəniyyətlər" festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, festivalda 36 ölkədən diaspor təşkilatları iştirak edib. Belarusdakı "Azərbaycan İcmaları Konqresi" beynəlxalq ictimai birliyi Azərbaycanın milli musiqiləri, xalq geyimləri, milli mətbəximizin ləziz təamlarını festival iştirakçılarına təqdim edib.

Qədim xalçalar və məişət alətləri, milli musiqi alətləri, xüsusi suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. "Sarı gəlin" və "Leqendı Kavkaza" rəqs ansamblları, Azərbaycandan dəvət olunmuş sənət adamları festival iştirakçılarına yaddaqalan anlar yaşadıblar.

Festivalda qonaq qismində 200 min nəfər iştirak edib.

Dövlətlər arasında sülhə, tolerantlığa göstərilən diqqətin bəhrəsi kimi "Xoşbəxtlik ağacları" əkilib, ağacların budaqlarından ölkələrin bayrağını əks edən rəngli lentlər asılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti