...

Azərbaycanlı aktyor beynəlxalq teatr festivalında iştirak edəcək

Mədəniyyət Materials 4 İyun 2018 23:33 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.
Azərbaycanlı aktyor beynəlxalq teatr festivalında iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

Teatrdan Trend-ə verilən məlumata görə, “Vidlunya” Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək “Vidlunya” adlı XX Beynəlxalq Monodram teatr festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.

Qeyd edək ki, “Kontrabas” tamaşası bu günə kimi bir çox beynəlxalq teatr festivallarında yüksək dərəcəli diplomlara layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti