...

Azərbaycanın ən yaraşıqlı oğlan və qızları - “Miss & Mister Azerbaijan-2018”in finalı (FOTO/VİDEO)

Mədəniyyət Materials 7 İyul 2018 14:28 (UTC +04:00)
Bakının ən gözəl məkanlarından biri olan “Kratos Restoran və lounge”da Milli gözəllik müsabiqəsi olan “Miss & Mister Azerbaijan-2018”in final gecəsi baş tutub.
Azərbaycanın ən yaraşıqlı oğlan və qızları - “Miss & Mister Azerbaijan-2018”in finalı (FOTO/VİDEO)

Bakı. Trend:

Bakının ən gözəl məkanlarından biri olan “Kratos Restoran və lounge”da Milli gözəllik müsabiqəsi olan “Miss & Mister Azerbaijan-2018”in final gecəsi baş tutub.

Trend-in məlumatına görə, 6 aylıq uzunmüddətli təlim-məşq proseslərindən sonra nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi an gəlib çatıb. Final mərhələsinə vəsiqə qazanmış 18 kişi və 15 xanım iştirakçılar arasından yalnız bir nəfər “Miss və Mister Azerbaijan-2018” adını qazana biləcəkdi.

Tədbirə finalçıların ŞERON qrupu ilə birlikdə çıxışı ilə start verilib. Milli geyimlərdə səhnəyə çıxan iştirakçılar Azərbaycanın milli rəqsi olan “Yallı” rəqsini ifa ediblər.

İştirakçılar 3 konsept üzrə podiumda çıxış ediblər. Finalçıların çıxışlarını peşəkar münsiflər heyəti qiymətləndiririb.

Münsiflər heyətini oxucuların diqqətinə çatdırmaq istərdik: Anelia Orduxanova - "Miss and Mister Azerbaijan" Milli Gözəllik Müsabiqəsinin təsisçisi və baş təşkilatçısı, Amil Abbasov – İcraçı direktor və hesablama komissiyasının sədri, Rüstəm Zeynallı - ŞERON qrupunun bədii rəhbəri, məşhur musiqiçi, bəstəkar, aranjimançı, Gülnar İsayeva – Top Model, I Vice Miss Azerbaijan 2017, Əli Hüseynov – Mister Azerbaijan 2017, Kənan MM – məşhur ssenarist, rejissor, və aktyor, Sabit Rzayev – Avenue Hotel-in rəhbəri, Fikrət Əliyev – modelyer, dizayner, Ruslan Məmmədov – Mario Russo lüks kişi geyimləri brendinin direktoru, Dilrubə Həsənli – SS Moda evinin direktoru, modelyer, Tehranə Bəhruzi – II Vice Miss Top of the Vorld 2015, Miss Eleqans 2015.

Final gecəsində iştirakçılar partnyor şirkətlərin kolleksiyasını nümayiş etdiriblər.

Birinci turda podiuma çıxan finalçılar, SS Moda evinin direktoru, modelyer Dilrubə Həsənlinin geyim kolleksiyasını qonaqlara və münsiflər heyətinə təqdim ediblər.

Əsasən parıltılı çalarlara üstünlük verən modelyer kolleksiyası ilə gecəyə təşrif buyurmuş qonaqları təəccübləndirməyi bacarıb.

2-ci turda xanımlar EL DELL Butikin, kişilər isə marjinal geyim tərzi ilə seçilən modelyer Fikrət Əliyevin geyim kolleksiyasını təqdim ediblər. Bu dəfə də digər turlardakı kimi, finalçılar qonaqları bir anlıq xarici dəb axşamlarına qərq ediblər. 3-cü turda isə ənənəyə sadiq qalaraq, finalçı xanımlar gecə libaslarında, kişilər isə klassik üslübda podiumda görünüblər.

Hər üç turda yüksək bal yığan iştirakçı birinciliyə doğru irəliləyəcəkdi. Turlar arasında fasiləyə tədbirin musiqili qonaqları qoşulublar.

Gecədə çıxış etdilər: Ayaz Babayev, Kamran Abdullayev, ŞERON qrupu, Elvin Babazadə.

Gecənin musiqi tərtibatına isə artıq müsabiqənin rezidentinə çevrilmiş DJ Okan və DJ Neym cavabdeh olublar.

3 turdan sonra hesablama komitəsi nəticələrlə qonaqların və münsiflər heyətinin qarşısına çıxaraq onları açıqlamağa hazır idi. Nəticələri açıqlamaq üçün "Miss & Mister Azerbaijan 2018" Milli gözəllik müsabiqəsinin xoreoqrafı və baş koordinatoru Ayla Mais, koordinator Əli Rzayev və layihənin PR meneceri, mətbuat katibi Səxavət Qabil oğlu səhnəyə çıxıblar. Birinci növbədə finalçılar müsabiqənin təlim-məşq proseslərində iştirak edərək, imtahandan keçdikləri üçün diplomlarla təltif olunublar. Daha sonra nəticələrin açıqlanmasına start verilib.

Bu ilin "Miss Azerbaijan" adını Nərmin Hacıyeva, "Mister Azerbaijan" titulunu isə Şakir Əhmədzadə qazanıb. Bundan başqa, digər nominasiyaların qaliblərini təqdim etmək istərdik:

I Vice Miss Azerbaijan 2018 – Zuleyxa Oruc
I Vice Mister Azerbaijan 2018 – Səbuhi Piriyev
II Vice Miss Azerbaijan 2018 – Fidan Talıbova
II Vice Mister Azerbaijan 2018 – Rahil Abıyev
III Vice Miss Azerbaijan 2018 – Nəzrin Mustafazadə
III Vice Mister Azerbaijan 2018 – Məhəmməd Rəhimli

Miss Baku 2018 – Səbinə Abdullayeva
Mister Baku 2018 – Yusif Abdullayev
Miss Super Model 2018 – Minara Həsənli
Mister Super Model 2018 – Hidayət Xəlilov
Miss Photo model 2018 – Könül Ələkbərova
Mister Photo model 2018 – İbrahim Məmmədli
Miss Şarm 2018 – Günay Ələsgərova
Mister Charisma 2018 – Nicat Ələkbərli
Miss Grace 2018 – Gülnar Yusifova
Mister Style 2018 – Mirzağa Kərimov
Mister Sport 2018 – İsa Ələkbərov
Miss Catwalk 2018 – Fidan Nuri
Mister Catwalk 2018 – Bəxtiyar Cəfərov
Miss Smile 2018 – Şəbnəm Təhməzova
Mister Smile 2018 – Murad Əliyev, Məmməd Əliyev
Miss Popular 2018 – Aydan Şabanlı
Mister Popular 2018 – Anar Musayev

Bütün qalibləri təbrik edirik!

Tədbirin rəsmi hissəsinin sonunda peşəkar, gənc müğənni Elvin Babazadə öz ifası ilə "After Party"yə start verib.

Gecəni apardılar: Şirməmməd Hüseynov və Kamilə Zeynalova.

Foto - Toğrul Abbasov, video - Digant Film.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti