...

“Xəzərin Sahilində-2018” festivalı keçirilir (FOTO)

Mədəniyyət Materials 31 İyul 2018 13:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.
“Xəzərin Sahilində-2018” festivalı keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarında “Xəzərin Sahilində – 2018” festivalının növbəti həftəsi baş tutub.

Fonddan Trend-ə verilən məlumata görə, axşam saat 20:00-dən 23:00-dək davam edən festivalın musiqili hissəsində “Ahmedowsky trio” qrupu öz şən və maraqlı ifası ilə iştirakçıların daha da əyləncli bir axşam keçirməsinə səbəb olub.

Qeyd edək ki, 14 iyul – 1 sentyabr tarixləri arasında hər həftənin şənbə günü, saat 20:00-dən 23:00-dək Ağ Şəhər Bulvarında festivala qoşulub isti yay günlərində iş həftəsinin yorğunluğunu ata bilərsiniz.

Festival ərazisində iştirakçılara piknik etməyə, gənclərin müxrəlif oyunlar, və yarışlar keçirməsinə şərait yaradılır.

Festivala giriş ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti