...

Bakıda fransız filmləri ilə bağlı yeni layihə

Mədəniyyət Materials 1 Avqust 2018 19:10 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu və Landmark Hotel Baku ölkənin parlaq sənətkarları ilə birlikdə yeni layihəyə başlayır.
Bakıda fransız filmləri ilə bağlı yeni layihə

Bakı. Trend:

Fransanın Azərbaycandakı səfirliyi, Fransız İnstitutu və Landmark Hotel Baku ölkənin parlaq sənətkarları ilə birlikdə yeni layihəyə başlayır.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sənət adamları, otelin səmaya açıq terrasında sevimli fransız filmlərini nümayiş etdirərək öz təəssüratlarını bölüşəcəklər.

Lahiyənin birinci qonağı teatrda, kinoda və televiziyada bir sıra maraqlı və mürəkkəb rolları yaradan, Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyevdir. O, bizə M.Xanekenin «Məhəbbət» («Qızıl Palma Budağı», 2012) filmini qöstərəcək.

Giriş sərbəstdir. Film fransızca ingilis altyazıları ilə nümayiş olunacaq.

Layihə avqustun 3-də, saat 19.30-da baş tutacaq.

Ünvan: Nizami küç.,90A, Rotunda Hall Landmark
Telefon: +994 12 4652000 / +994 12 4652000

Məqalədə:
Xəbər lenti

Xəbər lenti