...

X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı başa çatıb (FOTO)

Mədəniyyət Materials 29 Aprel 2019 11:26 (UTC +04:00)
Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub.
X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı başa çatıb (FOTO)

Bakı. Trend:

Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda Rusiya, Fransa, İsveçrə, İspaniya və digər ölkələrdən dünyaşöhrətli musiqiçilər və kollektivlər iştirak edib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 27-də Heydər Əliyev Sarayında keçirilən festivalın yekun konsertində dirijor Tomas Hefelenin idarəçiliyi ilə MünchenKlang orkestrinin və xorunun (Almaniya) çıxışı olub.

Konsertdə dünya şöhrətli bəstəkarlar Frants Şubert və Qabriel Forenin əsərləri səslənib.

Tamaşaçılar konserti böyük maraqla qarşılayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti