...

"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin final mərhələsi baş tutdu (FOTO)

Mədəniyyət Materials 8 İyun 2019 17:33 (UTC +04:00)
1996-cı ildən etibarən hər il keçirilən "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin budəfəki final gecəsi Opera studiyasının konsert zalında baş tutdu.
"Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin final mərhələsi baş tutdu (FOTO)

Bakı. Trend:

1996-cı ildən etibarən hər il keçirilən "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin budəfəki final gecəsi Opera studiyasının konsert zalında baş tutdu.

Bu dəfə birincilik uğrunda 17 kişi və 16 xanım finalçılar mübarizə aparırdı.

Finala aparan 6 aylıq yol kastinqlər, açılış, yarımfinal, və həftəlik məşqlərdən keçdi.

Miss & Mister Azerbaijan - 2019"un münsiflər heyətinin tərkibinə daxil idilər:

"Miss & Mister Azerbaijan" - Milli gözəllik müsabiqəsinin təsisçisi və təşkilatçısı Anelya Orduxanova,

müsabiqənin icraçı direktoru Amil Abbasov,

məşhur rejissor, ssenarist, aktyor Kənan MM,

məşhur rejissor, ssenarist Samir Kərim oğlu,

İş adamları Sabit Rzayev, Yaşar Məmmədov,

stilist, gözəllik sahəsində ekspert Alkan Karakaya,

Miss Azerbaijan - 2018 - Nərminə Hacıyeva,

Mister Azerbaijan - 2018 - Şakir Əhmədzadə,

II Vice Miss Top of the World- 2015 və Miss Elegance 2015 Tehranə Bəhruzi,

I Vice Mister Azerbaijan - 2017 Ramal Həşimli,

müsabiqənin baş koordinatoru və xoreoqrafı Ayla Mais,

müsabiqənin koordinatoru və xoreoqrafı Hidayət Xəlilov.

Final gecəsinin aparıcısı Şirməmməd Hüseynov idi.

Möhtəşəm şou proqram ilə davam edən final gecəsinin sonunda Miss Azerbaijan 2019 və Mister Azerbaijan 2019 adları açıqlandı.

Beləliklə, münsiflər heyətinin qərarına əsasən, Miss Azerbaijan 2019 - Səmra Hüseynova, Mister Azerbaijan 2019 adina isə Nicat Ələkbərli layiq görüldü.

Bununla yanaşı, final gecəsində digər nominasiyalar üzrə qaliblərin də adları bəlli oldu.

Mister Azerbaijan 2019:

I Vice Mister Azerbaijan 2019 - Tural Hüseynov

II Vice Mister Azerbaijan 2019 - Məhəmməd Məhəmmədli

III Vice Mister Azerbaijan 2019 - Cavad Rəsulov

Mister Super Model 2019 - Qurban Ələkbərli

Mister Baku 2019 - Namiq Quluzadə

Mister Photo Model 2019 - Vilayət Xəlilov

Mister Sport 2019 - Rüstəm Rəhimli

Mister Style 2019 - Nihad Qurbanzadə

Mister Catwalk 2019 - Maarif Quliyev

Mister Smile 2019 - Nurlan Məmmədli

Mister Popular 2019 - Tağı Tağızadə

Miss Azerbaijan 2019:

I Vice Miss Azerbaijan 2019 - Aziza Kərimli

II Vice Miss Azerbaijan 2019 Miss Guis 2019 - Luiza Matkazina

III Vice Miss Azerbaijan 2019 - Günay Nəsirova

Miss Super Model 2019 - Fidan Məmmədova

Miss Baku 2019 - Aygün Xəlilova

Miss Photo Model 2019 - Nigar Şamxalova

Miss Grace 2019 - Fəxriyyə Musayeva

Miss Catwalk 2019 - Sevda Cəfərova

Miss Smile 2019 - Liliya Feyzullayeva

Miss Popular 2019 - Ayan Abasəliyeva.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti