Bakı. Trend:
Ölkə başçımızın müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaq.
Trend-in məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.
Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 19:00-da həmin tamaşanın premyerası ilə başa vuracaq. 20 iyul saat 12:00-da isə kollektivdə mükafatlandırma mərasimi keçiriləcək.