...

Azərbaycanla Monteneqro arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Mədəniyyət Materials 25 Oktyabr 2019 22:42 (UTC +04:00)
Nazir Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri ilə görüşüb
Azərbaycanla Monteneqro arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Mədəniyyət naziri Əbülfəs Qarayev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun Mədəniyyət naziri Aleksandar Boqdanoviçin başlçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı təkliflər, yaradıcı sənaye sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Ə.Qarayev Monteneqro ilə əlaqələri daha da gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. Qeyd olundu ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair Fəaliyyət Planının imzalanması istiqamətində iş aparılır.

Nazir Azərbaycanda keçirilən konsert, festival və sərgilərdə Monteneqro tərəfinin də təmsil olunmasında maraqlı olduğumuzu vurğuladı. Yaradıcı mədəniyyət sənayeləri istiqamətində həyata keçirilən layihələr haqqında qonağa məlumat verən nazir, ölkəmizin bu sahədə Monteneqronun təcrübəsindən də yararlanmağa maraq göstərdiyini bildirdi.

Öz növbəsində Aleksandar Boqdanoviç mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Vurğulanıb ki, Monteneqro da iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsində, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.

Görüşdə həmçinin iki ölkə arasında kitabxana, muzey, incəsənət sərgiləri və klassik musiqi sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti