...

ADU-da "Azərbaycan-Çin kinematoqrafiya sahəsində əməkdaşlıq" adlı tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 25 Noyabr 2019 23:08 (UTC +04:00)
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində "Asiya film" kinokompaniyasının yaradılmasının 110 illiyinə həsr olunmuş "Azərbaycan-Çin kinematoqrafiya sahəsində əməkdaşlıq" adlı bədii gecə keçirilib.
ADU-da "Azərbaycan-Çin kinematoqrafiya sahəsində əməkdaşlıq" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çində "Asiya film" kinokompaniyasının yaradılmasının 110 illiyinə həsr olunmuş "Azərbaycan-Çin kinematoqrafiya sahəsində əməkdaşlıq" adlı bədii gecə keçirilib.

Trend-in məlumatına görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan-Çin mədəni əlaqələrinin uğurlu inkişafından, Çində keçirilən beynəlxalq kinofestivallarda mükafat qazanmış azərbaycanlı rejissorların filmlərindən danışaraq, Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çinə tarixi səfəri zamanı ölkələrimiz arasında kino istehsalı sahəsində uğurlu əlaqələrin inkişafı üçün imzalanan "Kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında Protokol"un vacibliyini xüsusi qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının əsas fəaliyyət istiqamətləri, müasir Azərbaycan kinosunun aktual problemləri haqqında məlumat verib.

ADU Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan və Çin kino sənətinin milli tarixi və mentaliteti üçün səciyyəvi xüsusiyyətləri özündə əks etdirən mədəni fenomenindən, Azərbaycan kinematoqrafiyasının inkişafının ayrı-ayrı mərhələlərindən, məşhur Azərbaycan və Çin kinorejissorlarının əsərlərindən, müasir Çin kinosunda qəhrəmanların bədii təsvirindən danışıblar.

Tədbirin sonunda Çinin yeni bədii filmlərindən fraqmentlər nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti