“Solğun çiçəklər” tamaşasının premyerası oldu (FOTO)

“Solğun çiçəklər” tamaşasının premyerası oldu (FOTO)

Bakı. Trend:

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanmış “Solğun sevgilər” tamaşasının premyerası olub.

Trend-in məlumatına görə, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, incəsənət xadimləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin teatr-studiya ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılması və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir. Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hazırlanıb.

Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Premyeradan sonra tamaşanın yaradıcı heyəti ilə görüşən S.Babayev onların təqdim etdikləri tamaşanın uğurlu bir yaradıcılıq nümunəsi olduğunu qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətlərində tədbirlərin getdikcə geniş miqyas aldığını vurğulayıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərlə bağlı yüksək humanizmə əsaslanan nəcib layihələrini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, nazirliyin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə həmin teatrın hazırladığı “Göy quş” tamaşasının ötən ilin dekabrında premyerası olub. Eyni zamanda, nazirliyin dəstəyi ilə ƏSA teatrı və nazirliyin sosial müəssisələrində peşə reabilitasiya kursu keçmiş məzunlarının birgə hazırladıqları və “Nəsimi ili”nə bir töhfə olan “Nəsimi” antreprizası bu ilin oktyabr ayında təqdim edilib.

Nazir bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib, yaradıcı heyətə yeni uğurlar arzulayıb.

Ə.Qarayev əlilliyi olan gənclərin iştirakı ilə hazırlanan layihənin sosial inklüzivliyi ilə diqqəti cəlb etdiyini deyib. Hər bir kəsin yaradıcı potensialının üzə çıxarılması, aşkarlanması üçün belə imkanlardan istifadə edilməsinin çox yaxşı hal olduğunu bildirib.

Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu və İqbal Əliyevin (quruluşçu rəssam), Vüqar Camalzadənin (musiqi tərtibatı), Elnur İsmayılovun (xoreoqraf), Elçin Əliyarovun (işıq rəssamı), Ruslan Axundovun (səs rejissoru) və digərlərinin birgə əməyi ilə hazırlanan tamaşada aktyor heyəti də özünün istedadlı ifası ilə seçilib. Türkay Cəfərli (Bəhram), Elnarə Qədimova (Sara), Xəqani Əliyev (Azad), Günay Əhməd (Pəri), Aysel Əlizadə (Dəniz), Ülviyyə Əliyeva (Gülnisə), Nazlı Əliyeva (Tamam), Cavid İbrahimov (Axund Fərəculla), Səma Məmmədova (Tibb bacısı), Rəsul Məmmədli (Vəkil), Rəsul Zəkiyev (Rəsul), Taleh İsmayılov (Əbdül), Zümrüd Qasımova (Vicdan), Rüxsarə Zeynalova (Bərbər), Şamxal Xələfli (1-ci Ruh), Rafael Mustafayev (2-ci Ruh), Nəsib Şamxalov (3-cü Ruh), Rüfət Şahpələngov (4-cü ruh) yaddaqalan, maraqlı aktyor ifaları ilə tamaşanın ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.

Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.

Ümumilikdə tamaşa insanları sevginin saflığını, sədaqəti daim uca tutmağa çağırır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb (FOTO)
Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”
Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib (FOTO)
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib (FOTO)
Loading Bars
Xəbər lenti
Sumqayıtda ağac kəsən şəxs cəzalanıb
Buraxılış imtahanlarında yüksək bal toplayan məzunlar (FOTO)
TAP-ın tikintisinin 97 faizi başa çatıb
Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)
Bu yolda xətlənmə işləri aparılacaq
BƏƏ ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması müzakirə olunub
Goranboyda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
Ağsuda zəlzələ olub
Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb (FOTO)
Ermənistan atəşkəsi 40 dəfə pozdu
Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb (FOTO)
Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri
BNA: Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)
Venesuelanın Rabitə və İnformasiya naziri koronavirusa yoluxub
PSJ "Atalanta"nı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib
Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20,8 milyonu ötüb
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Kanadada meşə yanğınları, 3,8 min insan təxliyə edildi
Moskvada koronavirusdan daha 11 nəfər ölüb
Tovuzda minaatan mərmisi tapılıb (FOTO)
Somalinin paytaxtında terror aktı törədilib
Bakıda köməkçi tikili yanıb
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib (FOTO)
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Azərbaycan xalqının faşizmlə mübarizədə qəhrəmanlığı və Ermənistanın faşist ideologiyası “Hədəf”də təhlil olunub (FOTO)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Qırğızıstanda zəlzələ baş verib
Beyləqanda ev yanıb
“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb (VİDEO)
Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb
Zərif: İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək
Çində bağlamalar üzərində koronavirus aşkarlanıb
Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub (VİDEO)
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
Hazırda paytaxtın bəzi küçə və prospektlərdə sıxlıq var (FOTO)
Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir
Cəmil Həsənli xalqı aşağıladı - AXCP və "Milli Şura"nın qeybətxana şousu davam edir (VİDEO)
Dünya gəncləri “Daha yaxşı dünya üçün” devizi altında birləşdi (FOTO)
Ailəniz üçün əlavə kart alın, birlikdə daha çox millər qazanın!
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO/VİDEO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Dövlət büdcəsi haqqında qanuna dəyişiklik təsdiqləndi
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir (FOTO)
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş “LEVC TX” modelli yeni “London taksi”ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bütün xəbərlər