...

"1917" filmi BAFTA mükafatına layiq görülüb

Mədəniyyət Materials 3 Fevral 2020 05:29 (UTC +04:00)
Rejissor Sem Mendesin "1917" tarixi dramı ən yaxşı film kimi Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb
"1917" filmi BAFTA mükafatına layiq görülüb

Bakı. Trend:

Rejissor Sem Mendesin "1917" tarixi dramı ən yaxşı film kimi Britaniya Film və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, "1917" filmində Din-Çarlz Çepmen, Corc Makkey, Deniel Meys, Kolin Fert və Benedikt Kamberbeç oynayıblar.

Bildirilir ki, 9 nominasiyada irəli sürülmüş film ən yaxşı rəssam-quruluşçu işi, ən yaxşı səs, ən yaxşı operator işi, ən yaxşı vizual effektlər nominasiyalarında Böyük Britaniyanın ən yaxşı filmi seçilib. Filmin rejissoru Sem Mendes isə "ən yaxşı rejissor işi" nominasiyasında "Bürünc maska"ya layiq görülüb.

Amerikalı aktyor Hoakin Feniks "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub. 45 yaşlı aktyor bu mükafata Todd Fillipsin rejissorluğu ilə çəkilən "Coker" psixoloji trillerindəki roluna görə layiq görülüb.

"Ən yaxşı daqın rolu" nominasiyasında mükafata amerikalı aktrisa Rene Zellveger Ruper Quldun rejissorluğu ilə çəkilən "Cudi" filmindəki roluna görə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti