...

Cazın bahar sədaları Muğam Mərkəzindən səslənəcək (FOTO/VİDEO)

Mədəniyyət Materials 21 Fevral 2020 00:21 (UTC +04:00)
Martın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Ronald Beykerin konserti baş tutacaq.
Cazın bahar sədaları Muğam Mərkəzindən səslənəcək (FOTO/VİDEO)

Bakı. Trend:

Martın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Ronald Beykerin konserti baş tutacaq.

Trend-in məlumatına görə, dünya çatında 7 solo albomu ilə "Müasir cazın ən yaxşı albomları" yerini alan ifaçı bu dəfə Bakı caz həvəskarlarının qarşısında maraqlı proqramla çıxış edəcək.

Stil və formaca cəsarətli eksprimentlər edən Beyker 1950-ci illərin cazına xas olan mürəkkəb emosional mesaj və harmoniya ilə çıxış edir. Klifford Braun və Dizzy Gillespie ənənələrini davam etdirən amerikalı truba ifaçısı və vokalist Ronald Beyker həm də dünyaca məşhur caz ifaçısı Neti Kinq Koulun davamçısıdır.

Biletləri İticket.az və şəhərin bütün kassalarından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti