...

Azərbaycanın əməkdar artisti vəfat etdi

Mədəniyyət Materials 12 Mart 2020 09:54 (UTC +04:00)
Trend xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən axşam uzun sürən xəstəlikdən vəfat edib.
Azərbaycanın əməkdar artisti vəfat etdi

Bakı. Trend:

Azərbaycanlı aktyor dünyasını dəyişib.

Trend xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Adil Zeynalov ötən axşam uzun sürən xəstəlikdən vəfat edib.

60 yaşlı mərhum aktyor bu gün doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

Xatırladaq ki, Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub və 1983-cü ildə oranı bitirib.

1977-ci ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb və burada bir sıra rolları ifa edib, rejissor kimi tamaşalara quruluş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti