...

Beynəlxalq Muğam Mərkəzi muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edir

Mədəniyyət Materials 4 Aprel 2020 16:30 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzi muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn Beynəlxalq Muğam Mərkəzi (BMM) onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir.

Trend-in məlumatına görə, BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında məruzələri növbəli şəkildə saat 16:00-da BMM-nin layihə koordinatoru Gülhüseyn Kazımlı sizlərə təqdim edir.

Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından bol məlumatlar da yaxın günlərdə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti