...

Fransada Avinyon teatr festivalı təxirə salınıb

Mədəniyyət Materials 14 Aprel 2020 07:25 (UTC +04:00)
Fransada Avinyon teatr festivalı təxirə salınıb

Bakı. Trend:

Avinyon teatr festivalının COVİD-19 pandemiyası səbəbiylə təxirə salındığı elan edilib.

Trend-in məlumatına görə, bu barədə festivalın müdiriyyəti xəbər yayıb.

"Bu ilin şəraiti 74-cü Avinyon teatr festivalının keçirilməsinə imkan vermir", - festivalın direktoru Olivye Pi deyib.

O, qərarın "bu bazar ertəsi Fransa prezidenti Emmanuel Makron tərəfindən ölkəyə edilən müraciətin məzmunu ilə tanış olduqdan sonra" verildiyini bildirib.

Festivalının iyulun 3-dən 23-dək Fransanın cənubundakı bu şəhərdə keçirilməsi planlaşdırılırdı.

Avinyon Forumu dünyanın ən böyük teatr sənətinin nümayişlərindən biridir. Festival 1947-ci ildə məşhur fransız aktyoru Jan Vilar tərəfindən təsis edilmişdir. J.Vilar 1971-ci ilə qədər festivalın direktoru vəzifəsində çalışıb. Yüzlərlə peşəkar və həvəskar qrupun iştirak etdiyi bu festival hər il keçirilir və iki - rəsmi və qeyri rəsmi hissədən ibarətdir.

Rəsmi hissənin ən yaxşı ifaları qədim Papa Sarayının yaxınlığındakı geniş meydanda açıq havada keçirilir. Festivala Fransadan və dünyanın hər yerindən ən az 700 min tamaşaçı gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti