...

Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

Mədəniyyət Materials 19 May 2020 16:44 (UTC +04:00)
Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, ziyarətçilər “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti