Bakı. Trend:
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dünyasını dəyişdi.
Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, tanınmış aktyor İlham Namiq Kamal sosial şəbəkədə bildirib.
Qeyd edək ki, Ağaxan Şərifovun uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.