...

ABŞ İraqa 17 min artefakt qaytaracaq

Mədəniyyət Materials 29 İyul 2021 07:28 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İraqa təxminən 4000 yaşları olan 17 min artefaktı İraqa geri qaytaracaq.

Trend-in məlumatına görə, bu barədə İraqın mədəniyyət, turizm və qədim əsərlər naziri Həsən Nadhim bildirib.

"Bu, antik əşyaların İraqa ən böyük geri dönüşüdür. [Qərar] İraq səlahiyyətlilərinin Vaşinqtondakı səfirliyi ilə birlikdə aylardır davam edən səylərinin nəticəsidir", - nazir deyib.

Qeyd edilir ki, açıqlama İraqın Baş naziri Mustafa əl-Qadiminin Vaşinqtonda ABŞ prezidenti Cozef Baydenlə görüşündən bir neçə gün sonra verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti