...

BAFTA mükafatı qaliblərinin adları açıqlanıb

Mədəniyyət Materials 14 Mart 2022 08:15 (UTC +04:00)
BAFTA mükafatı qaliblərinin adları açıqlanıb

Bakı. Trend:

BAFTA-nın (Britaniya Kino və Televiziya Sənəti Akademiyası) növbəti laureatlarının adları açıqlanıb.

Trend xəbər verir ki, qaliblər Britaniya Film Mükafatlarının 75-ci yubiley mərasimində elan edilib.

Yeni Zelandiyalı dram rejissoru Ceyn Kempionun "The Power of the Dog" filmi ən yaxşı film mükafatına layiq görülüb. C.Kempion ən yaxşı rejissor mükafatını britaniyalı aktyor Benedikt Kamberbetçin oynadığı eyni filmə görə qazanıb.

Aktyor Vill Smit ən yaxşı kişi roluna görə BAFTA mükafatına layiq görülüb, 53 yaşlı sənətçiyə mükafat "Kral Riçard" filmində tennisçilər Serena və Venus Uilyamsın atası rolunu qazandırıb. Bu, V. Smitin karyerasında ilk BAFTA mükafatıdır.

Britaniyalı aktrisa Coanna Skanlan rejissor Alim Xanın "After Love" filmində Meri Hüseyn roluna görə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti