...

II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir: 3-cü günün xronikası (FOTO)

Mədəniyyət Materials 29 Noyabr 2022 22:22 (UTC +04:00)
II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir: 3-cü günün xronikası (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.

Trend xəbər verir ki, festivalın üçüncü günü münsiflər heyətinin ötən gün nümayiş olunan Qusar Dövlət Ləzgi Dram Teatrının “Poni” və Lənkəran Dövlət Dram Teatrının “Qanlı namə” tamaşalarının müzakirəsi ilə başladı. Müzakirədə Əməkdar İncəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar İncəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar İncəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar İncəsənət xadimi, professor Əli Əmirli bu tamaşalar haqqında fikirlərini iştirakçılara çatdırdılar. Müzakirələrdə həmçinin, tələbə teatrşünaslar Fatimə Qurbanzadə, Aynur Əsgərli və Ramilə Abdullazadə də çıxış etdi. Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının böyük səhnəsində Füzuli Dövlət Dram Teatrının “Tənhalığın evi” (müəllif Abdulla Elşadlı, rejissor Nicat Mirzəzadə), Azərbaycan Dövlət Pantomim Teatrında "Şinel" (müəllifi N.V.Qoqol, rejissoru Ceyhun Dadaşov), S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Maneken” (müəllif Firuz Mustafa, rejissor Raulya Türkkan) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında müsabiqədənkənar proqram çərçivəsində rejissor İradə Gözəlovanın Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında hazırladığı “Anamın kitabı” tamaşası nümayiş olunub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti