Bakı. Trend:
"Cadenza Contemporary Orchestra" Beynəlxalq Muğam Mərkəzində “B-C-B” adlı 2023-cü ilin ilk konsertini keçirdi.
Konsertdən əvvəl aparıcı-musiqişünas Şəfaqət Məmmədova orkestrin missiyası və həyata keçirdiyi layihələr, konsertlər barədə qısa məlumat verdi. Həmçinin, orkestrin saytı - cadenzaorchestra.com ilk dəfə ictimaiyyətə təqdim olundu.
Daha sonra dahi alman bəstəkarı İ.S.Bax (solistlər Günel Quliyeva, Zülfiyyə Muxtarova) və XX əsrin ən fərqli bəstəkarlarından olan Con Keycin (solist Zərif Kərimova) konsertləri ifa olundu. C.Keycin Azərbaycanda ilk dəfə ifa olunan əsəri orkestri hər zaman çağdaş və fərqli konsert proqramı ilə dinləyənləri növbəti dəfə təəccübləndirdi. Bu dəfə ifaçılar sadəcə səhnədə yox, həm də auditoriyada yer almışdı. Əsərin konseptinə, bəstəkarın istəyinə uyğun olaraq 21 dəqiqə davam edən və zalın dörd tərəfində eşidilən bu möhtəşəm səs kompozisiyası kosmik ahəng yaratmışdı. “B-C-B” (Bach-Cage-Bach) ardıcıllığı üzərində qurulmuş konsertdə ilk ifa do minor konserti olsa da, major boyalı final - Do major konsertinin parlaq ifası ilə son çatdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az