...

"Biganə məşuq" tamaşasının premyerası keçiriləcək

Mədəniyyət Materials 5 İyun 2023 18:51 (UTC +04:00)
"Biganə məşuq" tamaşasının premyerası keçiriləcək

Bakı. Trend:

İyunun 9-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış Jan Koktonun “Biganə məşuq” tamaşası ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs olunan tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.

İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə, Məmmədağa Əlili Canzadə ifa edirlər.

Bir hissəli səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti