...

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

Mədəniyyət Materials 8 İyun 2023 16:14 (UTC +04:00)
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

Bakı. Trend:

İyun ayının 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

Trend xəbər verir ki, konsertdə dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə solistlər - beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda L.v.Beethovenin Piano və orkestr üçün c-moll Konserti (op. 37, №3), G.Faurénin “Pelléas et Mélisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti