...

"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək (FOTO)

Mədəniyyət Materials 12 İyun 2023 19:01 (UTC +04:00)
"35 ildən sonra" tamaşasının premyerası keçiriləcək (FOTO)

Bakı. Trend:

İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüzionistlər" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasınından bəhs edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti