Bakı. Trend:
Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib.
Trend xəbər verir ki, mükafatı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.
Qeyd edək ki, 2006-cı ildən Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüloğlu 2010-cu ildən MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinə də rəhbərlik edib.
MDB ölkələri yaradıcı və elmi ziyalılarını bir araya gətirən ənənəvi forum hər il Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun himayəsi ilə keçirilir. Builki forum 17-19 sentyabr tarixlərində Ufada təşkil edilib.
Xatırladaq ki, Polad Bülbüloğlu bu yaxınlarda “Özbəkistan Respublikasının Xalq artisti” adına da layiq görülüb.