...

Azərbaycanda seçkiləri müşahidə edəcək şəxslərin sayı məlum oldu

Seçki 2015 Materials 16 Oktyabr 2015 13:27 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Dairə Seçki Komissiyalarında 37079, MSK-da isə 605 müşahidəçi qeydiyyatdan keçib.
Azərbaycanda seçkiləri müşahidə edəcək şəxslərin sayı məlum oldu

Azərbaycan, Bakı, 16 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Dairə Seçki Komissiyalarında (DSK) 37079, MSK-da isə 605 müşahidəçi qeydiyyatdan keçib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 19 beynəlxalq qurumdan 222 müşahidəçi MSK-da qeydə alınıb.

İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı Dairə Seçki Komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.

Bundan əlavə, iclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib. Həmçinin, Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti