...

Fuad Muradov Xətai seçiciləri ilə möhtəşəm görüş keçirdi (FOTO,VİDEO)

Seçki 2015 Materials 19 Oktyabr 2015 14:13 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov təbliğat-təşviqat üçün nəzərdə tutulmuş General Mehmandarov və Məhəmməd Hadi küçələrində ümumilikdə 16 binanın sakinləri ilə görüş keçirib.
Fuad Muradov Xətai seçiciləri ilə möhtəşəm görüş keçirdi (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov təbliğat-təşviqat üçün nəzərdə tutulmuş General Mehmandarov və Məhəmməd Hadi küçələrində ümumilikdə 16 binanın sakinləri ilə görüş keçirib.

Səmimi söhbət şəraitində keçən görüşdə F.Muradov bildirib ki, bu gün Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu xalqımızın ən böyük nailiyyətidir. "Hazırda ölkə Prezidentinin həyata keçirdiyi iqtisadi və sosial islahatların əsas hədəfi vətəndaşlarımızın rifahıdır. Bu gün Azərbaycan dövləti öz vətəndaşları üçün bütün imkanları yaradıb və biz sizlərlə birgə dövlətimizin daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik. Çünki bizim əsas məqsədimiz xalqımıza xidmətdir".

Sakinlər adından danışan ağsaqqallar F.Muradova xeyir-dua verərək, onun namizədliyini Xətai rayonundan irəli sürməsindən məmnun olduqlarını ifadə ediblər.

Seçicilər F.Muradovun fəaliyyəti ilə yaxından tanış olduqlarını və onu dəstəklədiklərini vurğulayıblar.

Görüşə qatılan seçicilər bəyan ediblər ki, noyabrın 1-də keçiriləcək seçkilərdə Xətai sakinləri olaraq yekdilliklə F.Muradova səs verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti