...

Məzahir Pənahov: Təhlükəsizlik tam təmin ediləcək

Seçki 2015 Materials 20 Oktyabr 2015 16:56 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-ə təyin edilmiş seçkilərdə təhlükəsizlik tam təmin ediləcək.
Məzahir Pənahov: Təhlükəsizlik tam təmin ediləcək

Azərbaycan, Bakı, 20 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-ə təyin edilmiş seçkilərdə təhlükəsizlik tam təmin ediləcək. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

M.Pənahovun sözlərinə görə, hüquq-mühafizə oraqnları seçki prosesinin sıxlıq olmadan həyata keçirilməsinə nəzarət edəcək: "Bizim də tələbimiz ondan ibarətdir ki, hər kəs qaunvericiliyin tələblərini yerinə yetirsin".

O, əlavə edib ki, seçki bülletenlərinin çapı sabah başa çatır: "Seçki bülletenləri oktyabrın 22-dən başlayaraq seçki dairələrinə paylanılacaq".

MSK sədri bildirib ki, yerlərdə bülletenlərin saxlanılması
üçün problem yoxdur: "Bülletenlər səsvermə gününə qədər seçki məntəqələrinə paylanılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti